Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Hindistanda torpaq sürüşməsi: 30 ev dağıldı – Video--:--
News
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski--:--
News
Yusif Abdullayev: Azərbaycan və Mərkəzi Asiya ölkələri ...--:--
News
Azərbaycan və Türkiyə süni intellekt sahəsində birgə la...--:--
News
Kembric Ticarət Palatası: Azərbaycanla birgə müəssisələ...--:--
News
Hindistanda torpaq sürüşməsi: 30 ev dağıldı – Video--:--
News
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski--:--
News
Yusif Abdullayev: Azərbaycan və Mərkəzi Asiya ölkələri ...--:--
News
Azərbaycan və Türkiyə süni intellekt sahəsində birgə la...--:--
News
Kembric Ticarət Palatası: Azərbaycanla birgə müəssisələ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Ət niyə bahalaşır? – Nazir 3 il sonra tapdı

Bugün, 15:09
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda ətin bahalaşması prosesi davam edir. Artıq sümüklü mal əti 19-20, sümüksüz isə 24-25 manata qalxıb.

Kənd təsərrüfatı nazirimiz, hörmətli Məcnun Məmmədov mediaya bununla bağlı çox mükəmməl, oxucularını və əhalini heyrətə salacaq, vaxtı qabaqlayan, innovativ-eksperimental-texnoloji-starlink-ilonmnask təhlil verib. Deyib ki, ət istehsalı artarsa, qiymətlər də daha çox stabilləşəcək.

Bax, bunu kim bilə, təxmin edə və proqnoz verə bilər? Əmin olun ki, Azərbaycanda ətin qiymətinin daha çox stabilləşməsi üçün ət istehsalının artması gərəkdiyindən heç kimin xəbəri yoxdur.

Dosyesinə baxaq: 2000–2004-cü illərdə İqtisad Universitetində "Ümumi iqtisadiyyat: Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb.

2022-ci ildə Hollandiyanın Vageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlayıb və cəmi bir il sonra da nazir olub.

2004-cü ildə "Billur & Astron" şirkətində mühasib işləyib, 2005-ci ildə Qazaxıstanın Almatı şəhərində "ABN AMRO Bank Kazakhstan" bankında təcrübə keçib, 2007-ci ildə "Deloitte" şirkətində maliyyə məsləhətçisi olub, daha sonra "AER" MMC-də 2010–2011-ci illərdə həmin qurumun direktoru işləyib. 2011-2015-ci illərdə "Modern Group" şirkətlər qrupunda biznesin inkişafı üzrə direktor, 2015–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Yəni yüksək ixtisaslı, peşəkar kadrdır, kənd təsərrüfatını da mükəmməlcə bilir – ixtisasından görünür.

Belə bir kadrın ət istehsalının artacağı təqdirdə ətin qiymətinin daha da stabilləşəcəyini fəhm etməsi başadüşüləndir.

Qeyd edək ki, ötən il xırdabuynuzlu heyvanların sayı 138,7 min, iribuynuzlu heyvanların sayı isə 30,1 min azalıb.

Son 5 ildəki azalmanın 3,5 ilində nazirimiz Məcnun müəllim olub və qiymətin artma səbəbini indi tapdı.

Layihə də bilirsinizmi nədir? Ən azı 500 xırdabuynuzlu heyvanı və 100 hektar otlaq sahəsi olan fermerə hər heyvan üçün 4 manat subsidiya veriləcək.

Yəni 500 heyvanı, yatağı, 100 hektarlıq otlaq sahəsi olana ildə 2 min manat yardım ediləcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski

News thumbnail
siyaset

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

News thumbnail
siyaset

Netanyahu çıxış edəndə əksəriyyət buna görə getdi...

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Bakıdakı tədbirdə iştirakçılar pilot oldu - Video

Bugün, 15:58
News thumbnail
Bugün
dunya

Azərbaycan və Tacikistan Asiyadan Avropaya yaşıl rəqəmsal dəhliz qura bilər

Bugün, 15:55
News thumbnail
Bugün
idman

"Mercedes"in nümayəndəsi: Bakıdakı təsnifat mərhələsində çox şey təkərlərdən asılıdır

Bugün, 15:55
News thumbnail
Bugün
dunya

“Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır...”

Bugün, 15:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Bugün, 15:54
News thumbnail
Bugün
iqtisadiyyat

Böyük Britaniyanın bankı Azərbaycanın nəqliyyat və bərpa olunan enerji imkanları ilə maraqlanır

Bugün, 15:53
News thumbnail
Bugün
cemiyyet

ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif

Bugün, 15:52
News thumbnail
Bugün
iqtisadiyyat

Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür

Bugün, 15:51
News thumbnail
Bugün
son xeberler

Xarici brokerlər Azərbaycanda nümayəndəlik açmadan Bakı Fond Birjasında ticarət edə biləcək

Bugün, 15:51
News thumbnail
Bugün
iqtisadiyyat

BFB: Kapital bazarının əsaslarının inkişaf etdirilməsində çətinlik var

Bugün, 15:50
News thumbnail
siyaset

Əliyev Berdiməhəmmədovu təbrik etdi

News thumbnail
siyaset

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi