Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Hindistanda torpaq sürüşməsi: 30 ev dağıldı – Video--:--
News
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski--:--
News
Yusif Abdullayev: Azərbaycan və Mərkəzi Asiya ölkələri ...--:--
News
Azərbaycan və Türkiyə süni intellekt sahəsində birgə la...--:--
News
Kembric Ticarət Palatası: Azərbaycanla birgə müəssisələ...--:--
News
Hindistanda torpaq sürüşməsi: 30 ev dağıldı – Video--:--
News
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski--:--
News
Yusif Abdullayev: Azərbaycan və Mərkəzi Asiya ölkələri ...--:--
News
Azərbaycan və Türkiyə süni intellekt sahəsində birgə la...--:--
News
Kembric Ticarət Palatası: Azərbaycanla birgə müəssisələ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Ekspert: "AIIF aqrobiznesdə dəyər zənciri və innovasiya imkanlarını önə çıxarır"

Bugün, 15:13
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Bakıda "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda işə başlamış II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) proqramında regional bağlantılar, sənaye, maliyyə, texnologiya və enerji ilə yanaşı, aqrobiznes də ayrıca investisiya istiqaməti kimi təqdim olunur.

"Hüquqinfo.az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib.

O, qeyd edib ki, Forumun gündəliyi qlobal investisiya mühitində baş verən dəyişikliklərlə səsləşir.

"BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2026-cı il Dünya İnvestisiya Hesabatında geosiyasi gərginliklər və münaqişələr, qlobal iqtisadi artımın zəifləməsi, ticarət siyasətində qeyri-müəyyənlik birbaşa xarici investisiya qərarlarına təsir edən əsas amillər kimi göstərilir. Belə şəraitdə ümumi investisiya təqdimatından daha hədəfli, sektor və layihə əsaslı yanaşmalara maraq artır. Azərbaycan üzrə son göstəricilər də bu müzakirələr üçün mühüm iqtisadi fon yaradır. 2026-cı ilin birinci yarısında qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyalar 877,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 %, 2021-ci ilin birinci yarımili ilə müqayisədə isə təxminən 1,9 dəfə çoxdur. 2025-ci il üzrə tam illik göstərici 1,4 milyard ABŞ dolları olub. Bu dinamika investisiyaların həcmi ilə yanaşı, onların texnologiya, bilik transferi, ixrac və yüksək əlavə dəyər yaratmaq imkanları baxımından qiymətləndirilməsinin də əhəmiyyətini artırır", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, bu ümumi investisiya kontekstində Forumun "Aqrobiznesdə innovasiya və texnoloji inkişaf" sessiyası xüsusi diqqət çəkir: "Sessiyada ərzaq təhlükəsizliyi, iqtisadi şaxələndirmə və kənd yerlərinin inkişafı, dəqiq kənd təsərrüfatı, dayanıqlı istehsal, emal gücləri və regional-qlobal ərzaq təchizatı zəncirlərinə inteqrasiya əsas mövzular sırasında yer alır: "Aqrobiznesin ayrıca investisiya mövzusu kimi təqdim olunması kənd təsərrüfatının yalnız ilkin istehsal deyil, məhsuldarlıq, texnologiya və dəyər zənciri prizmasından qiymətləndirildiyini göstərir. Müasir aqrobiznes toxum və digər istehsal vasitələrindən başlayaraq emal, saxlama, logistika, sertifikatlaşdırma, brendləşdirmə və ixracadək bütöv bir iqtisadi zənciri əhatə edir".

"Forumun proqramında bu yanaşmanı konkret investisiya layihələri də tamamlayır. İlk günün sonunda imzalanması nəzərdə tutulan sənədlər sırasında Ağstafada ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan plantasiyaları və emal müəssisələri layihəsi, Ağdam quşçuluq layihəsi və baytarlıq vaksinlərinin istehsalı layihəsi yer alır. Bu layihələr ilkin istehsaldan emala, heyvandarlıq və quşçuluğun sənaye əsaslı inkişafından baytarlıq təminatına qədər aqrar dəyər zəncirinin müxtəlif mərhələlərini əhatə edir. Eyni zamanda, Forumun Afrika-Azərbaycan iqtisadi əməkdaşlığına həsr olunan yan tədbirində də kənd təsərrüfatı və aqrar emal sektorları əməkdaşlıq imkanları sırasında ayrıca nəzərdən keçirilir. Beləliklə, aqrar mövzu Forumda yalnız panel müzakirəsi səviyyəsində deyil, konkret layihə və tərəfdaşlıq gündəliyi ilə də təqdim olunur", - deyə Ə.Dadaşov vurğulayıb.

O qeyd edib ki, paneldə aqrobizneslə bağlı aktual olan mövzu "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda aqrobiznes üzrə müəyyən edilmiş prioritetlərlə də uzlaşır: "Strategiyada aqrobiznes sahəsində sahibkarlığın dəyər zənciri üzrə inkişafı və effektiv institutlaşması ayrıca tədbir kimi müəyyən edilib; emal və satış zənciri üzrə assosiasiyaların, sahəvi assosiasiyalarda birləşən sahibkarların və yerli və beynəlxalq sertifikatlarla təmin olunan sahibkarların sayının artırılması nəzərdə tutulub. Bu xətt 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura üzrə Dövlət Proqramında daha konkret tədbirlərlə davam etdirilir. Proqramda "Dəyər zənciri inteqrasiyasına əsaslanan ixracyönümlü aqrobiznesin inkişafı" ayrıca prioritet istiqamət kimi müəyyən edilib və aqrar-emal sənayesi, aqrar istehsal vasitələri sənayesi, logistika və təchizat sistemi, eləcə də ixracyönümlü aqrobiznes və aqropark modelini əhatə edən 4 fəaliyyət istiqaməti üzrə 20 tədbir nəzərdə tutulub".

"Dövlət Proqramında nəzərdə tutulan hədəflər aqrobiznesin investisiya ehtiyacını da daha aydın göstərir. İntensiv meyvə bağlarının sahəsinin 50 min hektardan təxminən 70 min hektara, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların tutumunun 400 min tondan 500 min tona çatdırılması ilə yanaşı, pambıq, bitki yağları, meyvə-tərəvəz, süd və ət emalının inkişaf etdirilməsi, taxıl saxlama imkanlarının genişləndirilməsi, ixracın təşviqi, sertifikatlaşdırma və brendləşdirmə üzrə tədbirlər nəzərdə tutulur. Bu hədəflər ilkin istehsalın artımı ilə emal, logistika, maliyyələşmə və bazara çıxış imkanlarının paralel inkişafını zəruri edir. Beləliklə, Forumun aqrobiznes gündəliyi ilə ölkənin strateji sənədlərində müəyyən edilmiş prioritetlər arasında ortaq xətt dəyər zəncirinin genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradılmasıdır. İnvestisiya imkanlarının konkret layihə, bazar və investor profilləri üzrə təqdim edilməsi, xüsusilə texnologiya və bilik transferi, emal potensialı, ixrac bazarlarına çıxış və məşğulluq kimi amillərlə əsaslandırılması aqrobiznesdə investisiya təşviqinin nəticəliliyinin daha dolğun qiymətləndirilməsinə imkan verə bilər", - deyə İİTKM rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən il keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından artıq olan investisiya sazişləri imzalanıb və həmin məbləğin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sentyabrın 26-da infrastruktur investisiyaları, süni intellekt və rəqəmsal infrastruktur, enerji, nəqliyyat-logistika, qeyri-maddi investisiyalar və insan kapitalı üzrə sessiyalarla davam edəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Yusif Abdullayev: Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqabətdən birgə layihələrə keçir

News thumbnail
iqtisadiyyat

Kembric Ticarət Palatası: Azərbaycanla birgə müəssisələr yaratmaq üçün imkanlar var

News thumbnail
iqtisadiyyat

“Kristal”da güzəştli kredit şərtləri: illik 8%-dən başlayan şərtlər – ƏTRAFLI

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

Bakıdakı tədbirdə iştirakçılar pilot oldu - Video

Bugün, 15:58
News thumbnail
Bugün
dunya

Azərbaycan və Tacikistan Asiyadan Avropaya yaşıl rəqəmsal dəhliz qura bilər

Bugün, 15:55
News thumbnail
Bugün
idman

"Mercedes"in nümayəndəsi: Bakıdakı təsnifat mərhələsində çox şey təkərlərdən asılıdır

Bugün, 15:55
News thumbnail
Bugün
dunya

“Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır...”

Bugün, 15:55

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Bugün, 15:54
News thumbnail
Bugün
iqtisadiyyat

Böyük Britaniyanın bankı Azərbaycanın nəqliyyat və bərpa olunan enerji imkanları ilə maraqlanır

Bugün, 15:53
News thumbnail
Bugün
cemiyyet

ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif

Bugün, 15:52
News thumbnail
Bugün
iqtisadiyyat

Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür

Bugün, 15:51
News thumbnail
Bugün
son xeberler

Xarici brokerlər Azərbaycanda nümayəndəlik açmadan Bakı Fond Birjasında ticarət edə biləcək

Bugün, 15:51
News thumbnail
Bugün
iqtisadiyyat

BFB: Kapital bazarının əsaslarının inkişaf etdirilməsində çətinlik var

Bugün, 15:50
News thumbnail
iqtisadiyyat

Böyük Britaniyanın bankı Azərbaycanın nəqliyyat və bərpa olunan enerji imkanları ilə maraqlanır

News thumbnail
iqtisadiyyat

Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür