EIB Mərkəzi Asiyada Azərbaycan üzərindən Avropaya ixrac potensialı olan layihələri nəzərdən keçirir | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Avropa İnvestisiya Bankı (EIB) Qırğızıstanda "Kambar-Ata-1" su elektrik stansiyasının tikintisini maliyyələşdirmək niyyətindədir. Gələcəkdə burada istehsal olunacaq elektrik enerjisi Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəql oluna biləcək.
"Hüquqinfo.az"un Avropa bürosu xəbər verir ki, bunu bankın vitse-prezidenti Marek Mora Astanada "Euronews"a müsahibəsində bildirib.
"Biz Xəzər dənizi vasitəsilə Qazaxıstan və Azərbaycan arasında, daha sonra isə Avropaya qədər uzana biləcək elektrik interkonnektoru barədə bəzi ideyalar eşitmişik", - M.Mora bildirib.
"Kambar-Ata-1" su elektrik stansiyası Qırğızıstan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi çərçivəsində inşa edilir. M.Moranın sözlərinə görə, EIB su ehtiyatlarının idarə edilməsi və enerji şəbəkələrinin tikintisi sahəsində layihələr üçün üç ölkəyə 900 milyon avro vəsait ayırıb.
Stansiyanın təxminən 2035-ci ilə qədər istismara verilməsi və ildə 5,6 milyard kVt·saat elektrik enerjisi istehsal edə biləcəyi gözlənilir. Layihə Mərkəzi Asiyanın enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
