
Hüquqinfo.az bildirir ki,
"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas məsələ rəqabətdən zövq almaq, təsnifat mərhələsində və ya yarışın startında hiss olunan adrenalindir.
"Hüquqinfo.az"un məlumatına görə, bunu "Mersedes" pilotu Corc Rassell Bakıdakı mətbuat konfransında deyib.
"Əlbəttə, yarışın özü ən gərgin mübarizə deyil, amma cümə günü daha maraqlı olsa, bunun əvəzini çıxa bilər. Məncə, sprint yarışı daha çox həyəcan yaradır".
Xatırladaq ki, 2026-cı ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint mərhələsi keçirilməyəcək. Turnir 24-26 sentyabrda təşkil olunacaq.










