
Hüquqinfo.az bildirir ki,
Bu ilin avqust ayında Gürcüstan Milli Bankı (GMB) "Bmatch" platformasında həyata keçirdiyi valyuta müdaxilələri nəticəsində beynəlxalq ehtiyatlarını 555,6 milyon ABŞ dolları artırıb.
"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, avqustun sonuna ölkənin beynəlxalq valyuta ehtiyatları 8,14 milyard ABŞ dollarına çatıb.
Yanvar-avqust aylarında GMB-nin "Bmatch" platformasında həyata keçirdiyi əməliyyatlar üzrə ümumi xalis alışlar 3 milyard 122,2 milyon ABŞ dolları təşkil edib.
"Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatlarından biridir. Bazar şəraiti imkan verdikdə bank ehtiyatların artırılması məqsədilə valyuta alışları həyata keçirir", - deyə qurum bəyan edib.










