








Hüquqinfo.az bildirir ki,
Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda süni intellekt sahəsində milli strategiya qəbul edən ilk dövlət olub.
"Hüquqinfo.az" xəbər verir ki, bunu "The European House - Ambrosetti"nin idarəedici tərəfdaşı və baş direktoru Valerio De Molli II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.
O qeyd edib ki, respublika həmçinin məlumatların emalı mərkəzlərinin infrastrukturu və fiber-optik şəbəkələrin əhatə səviyyəsi baxımından da lider mövqeyini qoruyub saxlayır.
V.De Molli bildirib ki, ölkədə yüksəksürətli rabitə kanalları ilə təchiz edilmiş "Tier 3" səviyyəli iki məlumat emalı mərkəzi fəaliyyət göstərir.







