
Hüquqinfo.az bildirir ki,
Hazırda Orta Dəhlizin inkişafı ilə bağlı layihələrdə investisiya çatışmazlığı 30-35 milyard ABŞ dolları aralığında qiymətləndirilir.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Orta Dəhlizdən danışırıqsa, söhbət genişmiqyaslı və strateji əhəmiyyətli investisiya məkanından gedir. İlkin hesablamalara görə, bu istiqamətdə məcmu investisiya kəsiri 30-35 milyard dollar aralığında qiymətləndirilir", - o qeyd edib.
QDTİB vitse-prezidentinin sözlərinə görə, milli hökumətlərin, daxili kapital bazarlarının və regional maliyyə strukturlarının imkanları mövcud investisiya boşluğunu müstəqil və tam şəkildə aradan qaldırmaq üçün kifayət deyil: "Buna görə də vəsaitləri kapital qoyuluşunun əsas mənbəyi kimi nəzərdən keçirilən beynəlxalq maliyyə institutlarının (IFI) və çoxtərəfli inkişaf banklarının rolu prinsipial olaraq vacibləşir. Hazırkı mərhələdə region ölkələrinin hökumətləri və dövlət agentlikləri tələb olunan maliyyələşmə həcmini cəlb etmək məqsədilə fəal danışıqlar aparır və IFI ilə qarşılıqlı əməkdaşlığı genişləndirirlər".










