
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə görüşəcək.
"Hüquqinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, görüş çərçivəsində Qrenlandiyaya dair sazişin üçtərəfli imzalanma mərasimi keçiriləcək.
Agentliyin məlumatına görə, saziş ABŞ-nin adadakı hərbi iştirakını genişləndirməyə imkan verəcək və strateji əhəmiyyətli, eləcə də faydalı qazıntılarla zəngin ərazi ətrafındakı qarşıdurmaya son qoya bilər.
Vəziyyətlə tanış olan üç mənbə "Reuters"ə bildirib ki, sazişin hazırda fəaliyyət göstərən Pituffik aviabazasından əlavə, iki yeni hərbi obyektin açılmasını nəzərdə tutacağı gözlənilir.
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, saziş təkcə ABŞ və Danimarkanın deyil, NATO-nun kollektiv məsuliyyəti çərçivəsində Arktikada təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur.









