Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Abşeronda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər ...--:--
News
Tanınmış rejissor “xarici agent” elan edildi--:--
News
Tofiq Bəhramov stadionu təmir olunacaq--:--
News
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planla...--:--
News
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fon...--:--
News
Abşeronda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər ...--:--
News
Tanınmış rejissor “xarici agent” elan edildi--:--
News
Tofiq Bəhramov stadionu təmir olunacaq--:--
News
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planla...--:--
News
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fon...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycan FAO-nun regionlararası siyasət dialoqunda təmsil olunub

Bugün, 18:02
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub.

Məlumata görə, tədbir 15–16 sentyabrda Macarıstanın paytaxtı Budapeştdə FAO-nun Avropa və Mərkəzi Asiya, həmçinin Yaxın Şərq və Şimali Afrika üzrə Regional Ofislərinin birgə təşkilatçılığı ilə "Aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə inteqrasiya olunmuş siyasət yanaşması" mövzusunda baş tutub. Dialoqda kənd təsərrüfatı, su ehtiyatları, iqlim dəyişidlikləri və ətraf mühit üzrə siyasətlərin əlaqələndirilməsi, yaşıl kənd təsərrüfatına keçid və dayanıqlı aqrar-ərzaq sistemlərinin formalaşdırılması məsələləri müzakirə olunub.

Nazirliyin Aparat rəhbəri Azad Cəfərli və Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov tədbirdə iştirak edib.

A.Cəfərli çıxışında Azərbaycanda aqrar-ərzaq sistemlərinin inkişafı, yaşıl kənd təsərrüfatına keçid, yaşıl maliyyələşdirmə və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. O, həmçinin aqrar sığorta çərçivəsində yaşıl maliyyələşdirmə imkanlarının tətbiqi məsələlərinə toxunub. O, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş əsas istiqamət və hədəflər barədə məlumat verib. Bildirilib ki, sənəddə kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, su-torpaq ehtiyatlarından səmərəli, dayanıqlı istifadə, iqlim dəyişmələrinə davamlılığın gücləndirilməsi, rəqəmsallaşma və innovativ həllərin tətbiqi, eləcə də aqrar sahənin maliyyə imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycanda yaşıl kənd təsərrüfatı yanaşmalarının tətbiqi, təsərrüfatlarda müasir suvarma sistemlərindən və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi barədə də məlumat verilib. Regenerativ kənd təsərrüfatı və təbiətin mühafizəsinə əsaslanan yanaşmaların ölkədə həm ənənəvi təcrübələr, həm də müasir texnologiyalar çərçivəsində tətbiq olunduğu diqqətə çatdırılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının "ağıllı kənd", "yaşıl kənd" və "yaşıl maliyyələşdirmə" konsepsiyaları, müasir suvarma sistemləri, bərpa olunan enerji və rəqəmsal texnologiyaların tətbiqi, eləcə də kooperativləşmə modeli əsasında inkişaf etdirilməsi barədə məlumat verilib. Tədbirdə Azərbaycanın aqrar sektoru üzrə təqdimat keçirilib.

İki günlük dialoq çərçivəsində iştirakçılar yaşıl kənd təsərrüfatına keçid, siyasətlərin əlaqələndirilməsi, innovativ həllərin tətbiqi, monitorinq və qiymətləndirmə, maliyyələşmə və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində Macarıstanın Kozárd şəhərinə sahə səfəri təşkil olunub. Səfər zamanı iştirakçılar çoxfunksiyalı landşaftların və regenerativ sosial-ekoloji sistemlərin tətbiqi üzrə praktiki nümunələrlə tanış olublar.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Abşeronda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər müzakirə olunub

News thumbnail
siyaset

Tanınmış rejissor “xarici agent” elan edildi

News thumbnail
siyaset

İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb

Bugün, 18:38
News thumbnail
Bugün
cemiyyet

Cəlilabadda suyun verilişi bərpa olunub

Bugün, 18:36
News thumbnail
Bugün
siyaset

Gələcəyin birlik modeli

Bugün, 18:35
News thumbnail
Bugün
dunya

Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib

Bugün, 18:34

Həftənin Xəbərləri

News thumbnail
Bugün
idman

Almaniya Futbol İttifaqının prezidenti İnfantinonun vəzifədən ayrılmalı olduğunu bildirib

Bugün, 18:29
News thumbnail
Bugün
idman

“Onları “Real”a gətirmək istərdim”

Bugün, 18:25
News thumbnail
Bugün
siyaset

Qaradağda “Əsrin müqaviləsi” ilə bağlı tədbir keçirildi

Bugün, 18:20
News thumbnail
Bugün
siyaset

Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq

Bugün, 18:14
News thumbnail
Bugün
iqtisadiyyat

“F-35”lər həmin raketlərlə təchiz olunacaq

Bugün, 18:10
News thumbnail
Bugün
siyaset

Hörmüz bağlıdır, heç bir razılaşma yoxdur - Makron

Bugün, 18:07
News thumbnail
siyaset

Gələcəyin birlik modeli

News thumbnail
siyaset

Qaradağda “Əsrin müqaviləsi” ilə bağlı tədbir keçirildi