Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
24 yaşlı qadın pilləkəndən yıxıldı, əlindəki bıçaq qarn...--:--
News
Bu il 1351 vətəndaş subasma zonasından təxliyə edilib--:--
News
Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb--:--
News
70 ildir yaşadıqları ev əlindən alınır--:--
News
Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub--:--
News
24 yaşlı qadın pilləkəndən yıxıldı, əlindəki bıçaq qarn...--:--
News
Bu il 1351 vətəndaş subasma zonasından təxliyə edilib--:--
News
Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb--:--
News
70 ildir yaşadıqları ev əlindən alınır--:--
News
Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Azərbaycanda avtomobillərin sayı 2 milyona çatır

Bugün, 10:28
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 min 815 ədəd və ya 5,7% artaraq 1 milyon 676 min 80 ədədə çatıb.

“Hüquqinfo.az” “Marja”ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin sonunda ölkədə 1 milyon 585 min 265 minik avtomobili qeydə alınıb.

Markalar üzrə göstəricilərin təhlili göstərir ki, 2025-ci ildə minik avtomobili parkındakı artım bütün markalar arasında bərabər bölüşməyib. Xüsusilə Çin avtomobil markalarının sayında çox yüksək artım templəri qeydə alınıb. Eyni zamanda, ölkənin avtomobil parkında böyük paya malik bir sıra köhnə VAZ modellərinin sayı azalıb.

Ümumilikdə cədvəldə ayrıca göstərilən markaların 50-də avtomobillərin sayı artıb, 35-də azalıb, bir markada isə dəyişməyib.

2025-ci ilin ən diqqətçəkən göstəricilərindən biri “Changan” markası üzrə qeydə alınıb. 2024-cü ilin sonunda Azərbaycanda 8 min 950 “Changan” olduğu halda, 2025-ci ilin sonunda onların sayı 38 min 784-ə çatıb. Beləliklə, cəmi bir ildə “Changan” avtomobillərinin sayı 29 min 834 ədəd və ya 333,3% artıb. Faiz ifadəsində daha böyük sıçrayış “BYD” markasında müşahidə olunub. 2024-cü ildə 4 min 83 olan BYD avtomobillərinin sayı 2025-ci ildə 19 min 799-a yüksəlib.

Artımla yanaşı, Azərbaycanın avtomobil parkında struktur dəyişikliyini göstərən digər mühüm tendensiya köhnə VAZ modellərinin sayının azalmasıdır. “VAZ-2101, 03-06” avtomobillərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb. Bir ildə bu kateqoriyada 8 min 194 avtomobil və ya 4,1% azalma qeydə alınıb. Bu, bütün markalar və model qrupları arasında say ifadəsində ən böyük azalmalardan biridir.

2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin sayı 1 milyon 934 min 598 ədəd olub. 2024-cü ildə avtomobillərin sayı 1 milyon 833 min 874 ədəd idi. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5,5% böyüyüb.

Minik avtomobillərinin sayı 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib. Beləliklə, minik avtomobillərinin sayı bir ildə 90 min 815 ədəd və ya 5,7% artıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Netanyahu BƏƏ prezidentindən bunu istəyib

News thumbnail
siyaset

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

News thumbnail
siyaset

Gürcüstan XİN başçısı Kanada rəsmisi ilə regiondakı vəziyyəti müzakirə edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

“Hakim bizə deməyib ki, bu evi mənə bağışlayıblar, burada yaşaya bilmərsiniz”

Bugün, 10:50
News thumbnail
Bugün
iqtisadiyyat

Lənkəranda dələduzluqla 150 min manatdan artıq vəsaiti ələ keçirən şəxs saxlanılıb

Bugün, 10:48
News thumbnail
Bugün
son xeberler

Evdə şüşəni yumruqla sındırdı, öldü

Bugün, 10:48
News thumbnail
Bugün
siyaset

Gürcüstan XİN başçısı Kanada rəsmisi ilə regiondakı vəziyyəti müzakirə edib

Bugün, 10:47

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Qazi aşpazın ölüm səbəbi

Bugün, 10:46
News thumbnail
Bugün
idman

İoannis Diamantakos: "Məqsəd Azərbaycan basketbolunun gələcəyi üçün möhkəm təməl yaratmaqdır"

Bugün, 10:43
News thumbnail
Bugün
dunya

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb

Bugün, 10:42
News thumbnail
Bugün
huquq

Məhkəmə hakiminin 70 ildir məskunlaşdığı evi zorla əlindən aldığını deyir

Bugün, 10:40
News thumbnail
Bugün
son xeberler

Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Bugün, 10:38
News thumbnail
Bugün
son xeberler

Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb

Bugün, 10:36
News thumbnail
siyaset

CNN, MS NOW və “Politico” Trampın Ağ Evə giriş qadağasının dayandırılmasını istəyir

News thumbnail
siyaset

"Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər