










Hüquqinfo.az bildirir ki,
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilib.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC siyahıya əlavə edilib.










