Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Yalçın Rəfiyev: Azərbaycan Afrika qitəsindəki 54 dövlət...--:--
News
İran və Pakistan XİN başçıları regiondakı son hadisələr...--:--
News
Sığorta şirkətlərinin yığım və ödənişlərinin həcminə gö...--:--
News
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığ...--:--
News
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq--:--
News
Yalçın Rəfiyev: Azərbaycan Afrika qitəsindəki 54 dövlət...--:--
News
İran və Pakistan XİN başçıları regiondakı son hadisələr...--:--
News
Sığorta şirkətlərinin yığım və ödənişlərinin həcminə gö...--:--
News
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığ...--:--
News
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Fransanın dənizaşırı siyasəti: muxtariyyət, yoxsa "acizliyin desentralizasiyası"?

Bugün, 10:13
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Le Monde"də tarixçi və Martinikin paytaxtı Fort-de-Fransda müəllim çalışan Elisabeth Landinin sentyabrın 16-da "Dənizaşırı ərazilər: Fransa dövləti həm universal günahkar, həm də əvəzolunmaz təminatçıya çevrilmək riski daşıyır" tribunası dərc olunub.

"Hüquqinfo.az" xəbər verir ki, yazıda Fransanın dənizaşırı ərazilərlə bağlı siyasətinin əsas ziddiyyəti kimi rəsmi Parisin bu ərazilərin verdiyi strateji üstünlükləri - geniş dəniz məkanı, hərbi mövcudluq və qlobal təsir imkanlarını qorumağa çalışdığı, lakin eyni zamanda onların sosial-iqtisadi təminatına çəkilən xərcləri məhdudlaşdırmaq istədiyi göstərilir.

Müəllif Mayotda mövcud vəziyyəti bu siyasətin bariz nümunəsi kimi təqdim edir. Bildirilir ki, Fransa dövləti su, məktəb, mənzil, səhiyyə, təhlükəsizlik və infrastruktur kimi fundamental ehtiyacların təmin edilməsində ciddi geridə qalmışdır. Miqrasiya təzyiqinin real problem olduğu qəbul edilsə də, bunun uzunmüddətli sərmayə çatışmazlığını, ardıcıl olmayan dövlət siyasətini və demoqrafik proseslərin düzgün idarə edilməməsini kölgədə qoymamalı olduğu vurğulanır. Müəllifin fikrincə, təhlükəsizlik gündəliyinin inkişaf siyasətini əvəz etməsi riski mövcuddur.

Yazıda qeyd olunur ki, Fransa dənizaşırı ərazilərdən imtina etmək niyyətində deyil. Əksinə, rəsmi Parisin əsas yanaşması suverenliyi və strateji maraqları qoruyub saxlamaqla daha çox məsuliyyəti yerli hakimiyyət orqanlarının üzərinə ötürməkdən ibarətdir. Müəllif xəbərdarlıq edir ki, kifayət qədər maliyyə, istehsal potensialı və dövlət həmrəyliyi ilə müşayiət olunmayan "muxtariyyət" faktiki olaraq "acizliyin desentralizasiyasına" çevrilə bilər. Bu fonda Fransa ilə dənizaşırı ərazilər arasındakı sosial-iqtisadi fərqlərin aradan qaldırılması hədəfi tədricən həmin fərqlərin daimi reallıq kimi qəbul edilməsi ilə əvəzlənir.

Məqalədə xüsusilə Martinikin vəziyyəti üzərində dayanılır. Əhalinin qocalması və azalması, gənclərin köçü, zəif istehsal bazası, idxaldan asılılıq və dövlət maliyyəsinin mümkün azalması əsas struktur problemlər kimi göstərilir. Müəllif hesab edir ki, iqtisadi model dəyişmədən muxtariyyət bu problemləri həll etməyəcək, əksinə, resurslar ötürülmədən məsuliyyətlərin yerli hakimiyyətlərə verilməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Bu kontekstdə Martinikanın "həqiqi suverenlik üçün həddindən artıq Fransa ilə bağlı, lakin Respublikanın bərabərlik vədinə inanmaq üçün kifayət qədər bərabər rəftar görməyən" vəziyyətdə olduğu vurğulanır.

Bu xüsusda qeyd olunmalıdır ki, Martinikin Regional Hesablar Palatasının son hesabatı da adadakı maliyyə vəziyyətinin ağırlığını təsdiqləyir. Palata Martinik Ərazi Kollektivliyinin (CTM) maliyyə vəziyyətini "kritik" və "struktur maliyyə disbalansı" ilə xarakterizə etmişdir. CTM-in borcu 2021-ci ildən etibarən 28% artaraq 977 milyon avroya çatmış, ödəniş müddəti isə qanunla nəzərdə tutulan 30 gün əvəzinə 131 günədək uzanmışdır. 2022-2025-ci illərdə kollektivliyin cari gəlirləri cəmi 1 % artdığı halda, xərcləri təxminən 12% yüksəlmişdir.

Hesabatda, həmçinin Fransa dövlətinin Martinikə ayırdığı dotasiya və maliyyə transferlərinin 2021-2024-cü illərdə 7,4% azalaraq 296 milyon avrodan 274 milyon avroya düşdüyü göstərilir. CTM-in icra şurasının prezidenti, muxtariyyət tərəfdarı Serj Leçimi bu azalmanın yerli hakimiyyətin maliyyə muxtariyyətini zəiflətdiyini və artan büdcə yükünün məhdud imkanlarla qarşılanmasına səbəb olduğunu bildirmişdir. Bununla yanaşı, Regional Hesablar Palatası kollektivliyin öz qərarlarının, o cümlədən borclanma səviyyəsinin də mövcud maliyyə vəziyyətinə təsir etdiyini qeyd etmişdir.

Martinikin müstəqillik tərəfdarı, Martinikin Azadlığı Uğrunda Partiyanın rəhbəri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsisçilərindən biri olan Fransis Karol isə CTM-in maliyyə vəziyyətini "struktur baxımdan fəlakətli" adlandıraraq, bunun kollektivliyin investisiya qoymaq və dövlət siyasətini maliyyələşdirmək imkanlarını uzunmüddətli şəkildə zəiflətdiyini vurğulamışdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Yalçın Rəfiyev: Azərbaycan Afrika qitəsindəki 54 dövlətin hər biri ilə diplomatik münasibətlərə malikdir

News thumbnail
siyaset

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

News thumbnail
siyaset

Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın sığorta bazarı 6%-dən çox böyüyüb

Bugün, 10:51
News thumbnail
Bugün
dunya

Tahir Rzayev: "Toxumçuluqda normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmalıdır"

Bugün, 10:51
News thumbnail
Bugün
siyaset

Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb

Bugün, 10:51
News thumbnail
Bugün
siyaset

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil”

Bugün, 10:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb

Bugün, 10:50
News thumbnail
Bugün
dunya

Rusiya ordusu Xarkova zərbə endirib, 6 nəfər ölüb

Bugün, 10:50
News thumbnail
Bugün
cemiyyet

Pakistan Əfqanıstanda 10 obyektə zərbə endirdi

Bugün, 10:50
News thumbnail
Bugün
siyaset

Bakıda toxumçuluqla bağlı konfrans keçirilib

Bugün, 10:49
News thumbnail
Bugün
siyaset

Zelenski Putinlə üçtərəfli görüşün mümkün tarixini açıqlayıb

Bugün, 10:44
News thumbnail
Bugün
son xeberler

Çingiz Mustafayevin lentə aldığı Ləfxanım Xocalıya qayıtdı - Foto

Bugün, 10:43
News thumbnail
siyaset

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil”

News thumbnail
siyaset

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb