Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu--:--
News
Prezident: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh r...--:--
News
Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçür...--:--
News
Burak Yılmazın yeni klubu bəlli oldu--:--
News
Yevlaxda şəhid ailələri və müharibə ilə əlaqədar əlilli...--:--
News
Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu--:--
News
Prezident: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh r...--:--
News
Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçür...--:--
News
Burak Yılmazın yeni klubu bəlli oldu--:--
News
Yevlaxda şəhid ailələri və müharibə ilə əlaqədar əlilli...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Bugün, 11:19
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

"Hüquqinfo.az" xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Koxir Rasulzodanın Azərbaycana səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlət başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırlayıb.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni xatırladı.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğuladı.

Baş nazir Azərbaycanın "ASAN xidmət" modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə etdi.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirildi.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür etdi.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olundu. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Si Cinpinlə görüşdə Baydeni lağlağıya qoydu

News thumbnail
siyaset

Prezident: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır

News thumbnail
siyaset

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

“Bu, asan bir tapşırıq deyil, çox çətindir”

Bugün, 12:20
News thumbnail
Bugün
siyaset

“Bu, asan tapşırıq deyil, çox çətindir”

Bugün, 12:20
News thumbnail
Bugün
iqtisadiyyat

Mikayıl Cabbarov: "Yüksək enerji qiymətlərinə baxmayaraq ARDNF-dən büdcəyə transfert azaldılır"

Bugün, 12:19
News thumbnail
Bugün
siyaset

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Bugün, 12:17

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan GAI reytinqində makroiqtisadi dinamika üzrə dünya liderləri sırasına daxil olub

Bugün, 12:15
News thumbnail
Bugün
cemiyyet

Sərsəng su anbarı - Qarabağın bərpası və dirçəlişinin simvollarından biri - VİDEO

Bugün, 12:15
News thumbnail
Bugün
siyaset

Vəzir Həsənovun idarəsində yoxlama

Bugün, 12:15
News thumbnail
Bugün
iqtisadiyyat

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb

Bugün, 12:14
News thumbnail
Bugün
siyaset

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək

Bugün, 12:14
News thumbnail
Bugün
siyaset

Valerio De Molli: "Azərbaycan fiber-optik şəbəkələrin əhatə dairəsinə görə regionda liderdir"

Bugün, 12:13
News thumbnail
siyaset

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

News thumbnail
siyaset

Pakistanlı nazir: Şimal-Cənub avtomobil yolunun təxminən üç ilə tamamlanması planlaşdırılır