
Hüquqinfo.az bildirir ki,
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı qalmaqallı iddiaları ilə tanınan müstəqil tədqiqatçı və jurnalist Nataşa Rey vəfat edib.
Hüquqinfo.az xəbər verir ki, Nataşa Reyin vəfat etdiyini onun həmkarı, jurnalist Xavier Poussard "X" səhifəsində açıqlayıb.
Poussardın sözlərinə görə, Nataşa Rey son illərdə uzunmüddətli onkoloji xəstəliklə mübarizə aparıb.
Nataşa Rey Bricit Makronun cinsiyyəti ilə bağlı mübahisəli iddiaları ilə geniş tanınıb. Onun yaydığı bu iddialar Fransa Prezidentinin həyat yoldaşının məhkəməyə müraciət etməsinə səbəb olub.
2024-cü ilin sentyabrında Paris məhkəməsi Nataşa Reyi diffamasiyada təqsirli bilərək 13,5 min avro məbləğində cərimə ödəməsinə qərar verib. Lakin 2025-ci ilin iyulunda Paris Apellyasiya Məhkəməsi qərarı dəyişərək Reyi həmin iş üzrə tam bəraətə çıxarıb.
Nataşa Reyin vəfatı onun apellyasiya məhkəməsində bəraət qazanması barədə xəbərin yayılmasından qısa müddət sonra məlum olub.





