










Hüquqinfo.az bildirir ki,
Moskva Hökumətinin Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzi “Navai” ləqəbi ilə tanınan azərbaycan əsilli reper Nəvai Bəkirova qarşı qaldırdığı 91 min rubl məbləğində iddianı geri götürüb.
Məlumata görə, iddia Bəkirovun bu il mayın 5-də Zubovski bulvarında “Ferrari” markalı avtomobillə törətdiyi yol qəzasından sonra qaldırılıb:
“Hadisə zamanı xəsarət alan olmayıb, lakin işıqfor zədələnib. Navai dəymiş zərəri ödədiyindən sözügedən Mərkəzin ona qarşı artıq heç bir tələbi yoxdur”.










