
Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az-nın Şirvan bürosu xəbər verir ki, layihə rəhbəri Əhəd Əliyev media nümayəndələrinə hoteldə yaradılan şərait barədə məlumat verib.
Onun sözlərinə görə, Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə iki hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir.
Kompleksdə müxtəlif kateqoriyalı 175 nömrə və 2 kottec var. Bu, eyni vaxtda 366 qonağın hoteldə qalmasına imkan verir. Kompleksdə restoran və kafelər, görüş və təlimlər üçün 160 yerlik zal fəaliyyət göstərir.
Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi və amfiteatr da yaradılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər.





