Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Yalçın Rəfiyev: Azərbaycan Afrika qitəsindəki 54 dövlət...--:--
News
İran və Pakistan XİN başçıları regiondakı son hadisələr...--:--
News
Sığorta şirkətlərinin yığım və ödənişlərinin həcminə gö...--:--
News
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığ...--:--
News
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq--:--
News
Yalçın Rəfiyev: Azərbaycan Afrika qitəsindəki 54 dövlət...--:--
News
İran və Pakistan XİN başçıları regiondakı son hadisələr...--:--
News
Sığorta şirkətlərinin yığım və ödənişlərinin həcminə gö...--:--
News
“PAŞA Sığorta” avqust ayında 18 milyon manatdan çox sığ...--:--
News
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Bugün, 10:02
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

Layihəyə görə, dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiq edən sənəd rəqəmsal səyyahlara verilən işgüzar səfər vizası üçün tələb olunmayacaq.

İşgüzar səfər vizasının alınması ilə əlaqədar müraciət edən rəqəmsal səyyah həmin fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.

Əcnəbi və vətəndaşlığı olmayan rəqəmsal səyyaha Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə verilə bilinəcək. Rəqəmsal səyyaha münasibətdə bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunacaq ki, rəqəmsal səyyah vergi orqanında qeydiyyata (uçota) alınmaqla texnologiyalar parkının rezidenti olaraq göstərilən fəaliyyətləri həyata keçirəcək.

üçün rəqəmsal səyyah həmin fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.

Rəqəmsal səyyahlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 (üç) ildən artıq olmayan müddətə veriləcəkvə müvafiq əsas olduqda, hər dəfə 3 (üç) ildən çox olmayan müddətə uzadıla biləcək.

Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün rəqəmsal fəaliyyətləri həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.

Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal rəqəmsal səyyahlara şamil edilməyəcək.

“Sosial sığorta haqqında” haqqında qanuna təklif edilən dəyişikliyə görə rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Yalçın Rəfiyev: Azərbaycan Afrika qitəsindəki 54 dövlətin hər biri ilə diplomatik münasibətlərə malikdir

News thumbnail
siyaset

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

News thumbnail
siyaset

Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanın sığorta bazarı 6%-dən çox böyüyüb

Bugün, 10:51
News thumbnail
Bugün
dunya

Tahir Rzayev: "Toxumçuluqda normativ-hüquqi baza beynəlxalq standartlara uyğunlaşdırılmalıdır"

Bugün, 10:51
News thumbnail
Bugün
siyaset

Hakim Trampın Ağ Evdə media qadağasını bloklayıb

Bugün, 10:51
News thumbnail
Bugün
siyaset

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil”

Bugün, 10:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb

Bugün, 10:50
News thumbnail
Bugün
dunya

Rusiya ordusu Xarkova zərbə endirib, 6 nəfər ölüb

Bugün, 10:50
News thumbnail
Bugün
cemiyyet

Pakistan Əfqanıstanda 10 obyektə zərbə endirdi

Bugün, 10:50
News thumbnail
Bugün
siyaset

Bakıda toxumçuluqla bağlı konfrans keçirilib

Bugün, 10:49
News thumbnail
Bugün
siyaset

Zelenski Putinlə üçtərəfli görüşün mümkün tarixini açıqlayıb

Bugün, 10:44
News thumbnail
Bugün
son xeberler

Çingiz Mustafayevin lentə aldığı Ləfxanım Xocalıya qayıtdı - Foto

Bugün, 10:43
News thumbnail
siyaset

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil”

News thumbnail
siyaset

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb