








Hüquqinfo.az bildirir ki,
Danimarka Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmədiyi üçün ABŞ-la razılaşmağa gedib.
"Hüquqinfo.az"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.
"Danimarka və Qrenlandiya anlayırlar ki, Qrenlandiyaya hücum və ya təhlükə yaranacağı təqdirdə onun müdafiəsini təmin etmək üçün maliyyə imkanlarına malik deyillər. ABŞ-ın isə bunu etmək üçün imkanları var", – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının rəhbəri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsinə nəzarətin Vaşinqtona keçməsi barədə razılığa gəldiyini açıqlayıb.
O bildirib ki, Vaşinqton Qrenlandiyada hərbi mövcudluğunu dərhal artırmağa başlayacaq və ABŞ-nin rəqiblərinin adada hərbi bazalar yerləşdirməsinə imkan verilməyəcək.






