
Hüquqinfo.az bildirir ki,
"Hər şeyə rəğmən sevgi" gül kompozisiyası həyatı və insanın daxili aləmini assosiasiya edir.
"Hüquqinfo.az"un Prezidentin izi ilə Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nəsimi bağları" kompleksində ucaldılmış "Hər şeyə rəğmən sevgi" gül kompozisiyasının həmmüəllifi Sabit Zamanov deyib.
Onun sözlərinə görə, layihənin əsas ideyası sevginin daimiliyinin təlqin olunmasıdır:
"Bu kompozisiya üzrəində üç heykəltaraş çalışıb. 11 metrlik gül kompozisiyası sevgini, həyatı və insanın daxili aləmini assosiasiya eləyir. Qızılgüldən ayrılan tumurcuq yeni həyatı, gələcəyin başlanğıcını göstərir. Yarpaqlar üzərindəki iki mələkdən biri sevgini, həyatı, gözəlliyi, digəri isə şıltaqlığı, azad ruhu və ziddiyyətləri göstərir. Layihənin əsas ideyası sevginin daimiliyinin təlqin olunmasıdır".









