
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp “süni intellekt” (AI) terminini bəyənmədiyini bəyan edərək texnologiya üçün üç alternativ ad təklif edib.
“Hüquqinfo.az” xəbər verir ki, Amerika lideri öz variantlarını “Truth Social” sosial şəbəkəsində səsverməyə çıxarıb.
Tramp bu texnologiyanı “ali intellekt” (yüksək intellekt), “ekstremal intellekt” və ya “ali/mütləq intellekt” adlandırmağı təklif edib. Onun fikrincə, bu adlar sürətlə inkişaf edən texnoloji inqilabı daha dəqiq ifadə edir:
“Bu bir sorğudur və hamının səsvermədə iştirak etməsindən şad olardım! Bu sürətlə inkişaf edən “inqilab”a ən çox hansı ad uyğun gəlir?”
Qeyd edək ki, hazırda səsvermədə təxminən 42% səs toplayan “ali intellekt” variantı birinciliyi əldə edib.










