Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
AİB Direktorlar Şurasının üzvləri Gəncədə “Bank Respubl...--:--
News
Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxı...--:--
News
İrlandiya "Google"u 403 milyon avro cərimələyib--:--
News
Veysəloğlu Qarabağda təhsilin inkişafına dəstək verəcək--:--
News
Bu qəzadan xəsarət almadan qurtuldular--:--
News
AİB Direktorlar Şurasının üzvləri Gəncədə “Bank Respubl...--:--
News
Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxı...--:--
News
İrlandiya "Google"u 403 milyon avro cərimələyib--:--
News
Veysəloğlu Qarabağda təhsilin inkişafına dəstək verəcək--:--
News
Bu qəzadan xəsarət almadan qurtuldular--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər

Bugün, 12:58
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.

Xalq artisti “Kulis”ə müsahibəsində deyib ki, mahnının sözlərini, musiqisini bəyənib və ifa edib.

“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Alim Qasımov bildirib.

Onun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş: “Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”.

Alim Qasımov Montrö festivalında iştirakından da danışıb. Xalq artisti qeyd edib ki, adıçəkilən festival çox maraqlı və yüksək səviyyədə keçirilib: “Çox yaxşı musiqiçilər, böyük orkestr və gözəl dirijorumuz var idi. Tamaşaçılar da çox bəyəndilər, çox enerjili tədbir oldu. Həm gözəl məkan idi, həm də həmin məkana uyğun gözəl bir konsertimiz alındı”.

“Əvvəllər zəng olunan kimi gedirdim. Amma musiqiçi havası ilə dolanmır. Musiqiçi öz sənətini öyrənir, məşq edir, sonra ailəsini dolandırmaq üçün şərait olmayanda çox sönür.

Sən musiqiçini çağırırsan, gedir, geyinir, kostyum geyinir, özünü hazırlayır, səsini və ya alətini məşq edir. Sonra deyirsən, gəl, çal-oxu, sağ ol, çıx get. O da bazara gedib bir kilo kartof almaq istəyir. Amma televiziya ona bir kartof qədər də qiymət qoymursa, niyə gedib orada çıxış etsin?”, - Alim Qasımov vurğulayıb.

O, bir müddət əvvəl rep ifaçısı ilə birlikdə hazırladığınız layihəyə, bu barədə tənqidlərə də münasibət bildirib: “Mən bir dəfə çıxdım elə-belə oxudum. Sonra gördüm ki, hamı gəlib oynayır, şəkil çəkdirir. Mənə də söz verdilər. Həmin ritmi oxudum. Sonra rep ifaçısı mənə dedi ki, Alim müəllim, yaxşı bir fikir var məndə. Onu bir az düzəltdik, birlikdə oxuduq. Normal şeydir, musiqidir də”.

Alim Qasımov belə bir təklif gəlsə, qəbul edəcəyini qeyd edib: “Əlbəttə, edərəm. Yaxşı musiqidirsə, yaxşı təklifdirsə, mənim ürəyimə yatırsa, mənə elə gəlir ki, tamaşaçının da ürəyinə yatacaq. Birinci dəfə bəlkə bir az yatmaz, amma qulaq asdıqca alışacaq”.

“İndi danışmağın yeri yoxdur. İnşallah, üzə çıxsa, tamaşaçı da, dinləyici də görəcək”, - o əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Hörmüz boğazından keçən tankerə zərbə endirilib

News thumbnail
son xeberler

BEMM-in Gənclər Təşkilatının sədri, dövlət qulluqçusu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan, Beynəlxalq Münasibətlər fakültəsinin IV kurs tələbəsi Ülvi Bəşər

News thumbnail
son xeberler

Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Hörmüz boğazından keçən tankerə zərbə endirilib

Bugün, 13:41
News thumbnail
Bugün
dunya

Peskov: Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bərpasına ümid edir

Bugün, 13:37
News thumbnail
Bugün
cemiyyet

“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”

Bugün, 13:37
News thumbnail
Bugün
dunya

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Bugün, 13:35

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Yeni silahlar gətirəcəyik, dünya heyrətlənəcək - SEPAH

Bugün, 13:35
News thumbnail
Bugün
idman

Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb

Bugün, 13:32
News thumbnail
Bugün
cemiyyet

Bakı–Ağstafa–Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək - CƏDVƏL

Bugün, 13:30
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi

Bugün, 13:28
News thumbnail
Bugün
huquq

70 yaşlı qadın polis tərəfindən saxlanıldı

Bugün, 13:25
News thumbnail
Bugün
cemiyyet

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bugün, 13:24
News thumbnail
son xeberler

Monitor AYNA-nın tədbirində aşıb? - Açıqlama

News thumbnail
son xeberler

BİZNESİNİZ ÜÇÜN MÜASİR RƏQƏMSAL HƏLLƏR — YÜKSƏK KEYFİYYƏT VƏ ƏN UCUZ QİYMƏTLƏR!