Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə ...--:--
News
40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?--:--
News
30 dollara almışdı--:--
News
Azərbaycan Rusiyada maliyyə və rəqəmsal texnologiyalar ...--:--
News
Kamran Əliyev BMT-nin nümayəndələrini qəbul edib--:--
News
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə ...--:--
News
40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?--:--
News
30 dollara almışdı--:--
News
Azərbaycan Rusiyada maliyyə və rəqəmsal texnologiyalar ...--:--
News
Kamran Əliyev BMT-nin nümayəndələrini qəbul edib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb

Bugün, 13:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ramana Qəsri sentyabrın 21-dən etibarən yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.

"Hüquqinfo.az" xəbər verir ki, muzeyə təşkil olunan mediaturun iştirakçıları məkandakı yeni texnologiyalar, elektron informasiya panelləri və digər interyer elementləri barədə ətraflı məlumatlandırılıblar.

Qeyd olunub ki, ekspozisiya, ziyarətçi marşrutları və digər infrastruktur həlləri qəsrin tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Muzey konsepsiyasının əsas ideyası "Tarixə açılan pəncərə" anlayışıdır. Bu yanaşma tarixi memarlığın yalnız qorunmasını deyil, onun müasir ziyarətçi tərəfindən hiss olunmasını və yaşanmasını da nəzərdə tutur.

Qəsrin daxilində yaradılmış yeni memarlıq-dizayn elementləri mövcud tarixi memarlıqdan ilhamlanaraq hazırlanıb. Ekspozisiya avadanlıqları, vitrinlər, podiumlar, elektron informasiya panelləri və digər interyer elementlərinin formalarında Ramana Qəsrinin memarlıq xüsusiyyətləri təkrarlanır və müasir dizayn dili ilə yenidən şərh edilir.

Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə Ramana Qəsrinin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri təşkil edir.

"Seyri-Tarix" bölməsi ziyarətçiləri Abşeron yarımadasının orta əsr müdafiə sistemi və Ramana Qəsrinin bu sistemdəki mühüm mövqeyi ilə tanış edir.

Burada Abşeronun müdafiə tikililərinin yerləşməsini göstərən maket, Ramana Qəsrinin XIV əsrdəki ehtimal olunan görünüşünü və 1935-ci ildə qeydə alınmış vəziyyətini əks etdirən memarlıq maketləri, tarixi fotoşəkillər, arxiv materialları və məlumat panelləri təqdim olunur.

Bölmədə "touch screen" elektron cihazı vasitəsilə interaktiv oyun və sensor məlumat paneli (iPad) yerləşdirilib.

"Seyri-Silah" bölməsi orta əsr hərb sənəti, silah texnikası və müdafiə mədəniyyətinə həsr olunub. Ekspozisiyada XIV–XVI əsrlərə aid qılınc və qınların rekonstruksiyaları, nizə ucluqları, xəncər tiyəsi, döyüş atının nalı, sferokonik qab ("Qarura ən Neft") və digər arxeoloji tapıntılar nümayiş olunur, hərbi geyimlər, oxqabı, oxlar və digər arxeoloji materiallar təqdim edilir.

Multimedia təqdimatları vasitəsilə orta əsr silahlarının hazırlanması və istifadəsi canlandırılır.

"Seyri-Tərz" bölməsində orta əsrlərin gündəlik həyatı, məişəti və sənətkarlıq ənənələri təqdim olunur. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş keramika və saxsı məmulatlar, şüşə bilərziklər, yağ və neft çıraqları, şirli qablar, kaşı və dekorativ plitələr nümayiş etdirilir. Bu tapıntılar orta əsr dövrünün yaşayış və mədəniyyətini, eləcə də saray bədii-memarlıq dizayn ənənələrini əks etdirir. Bölmədə yerləşdirilmiş sensor məlumat paneli (iPad) vasitəsilə ziyarətçilər eksponatlar haqqında geniş elmi məlumat ala, onların tapıldığı yerlər və istifadə xüsusiyyətləri ilə tanış ola bilərlər.

"Seyri-Həyat" bölməsində orta əsr feodal-cəngavərin həyat yolu, cəmiyyətdəki rolu və mənəvi dünyası müasir animasiya əsaslı multimedia məzmunu vasitəsilə canlandırılır. Ekspozisiyanın əsas elementi günbəz formalı tavanda nümayiş etdirilən immersiv videoproyeksiyadır.

Orta əsr Azərbaycan miniatürləri əsasında hazırlanmış animasiya kompozisiyaları cəngavərin uşaqlıq dövründən başlayaraq təlimi, yetkinlik həyatı, ailə qurması, döyüşlərdə iştirakı və ömür yolunu ardıcıl şəkildə təqdim edir.

Qəsrin memarlıq inkişaf mərhələlərini əks etdirən rekonstruksiya maketləri də ekspozisiyanın mühüm elementlərindəndir. Tarixi mənbələr, arxeoloji tədqiqatlar və memarlıq analizləri əsasında hazırlanmış maketlər vasitəsilə qəsrin müxtəlif dövrlərdəki görünüşü haqqında təsəvvür yaradılır.

Tarixi xəritələr, memarlıq sxemləri, illüstrasiyalar və rekonstruksiya təsvirləri isə ekspozisiyanı tamamlayır. Məlumat materialları Azərbaycan və ingilis dillərində təqdim olunur.

"Tarixə açılan pəncərə" ideyası ekspozisiyanın ayrı-ayrı elementlərində də öz əksini tapır. Qəsrin dar və hündür mazğal tipli pəncərələrindən ilhamlanan formalar müasir dizayn həllərində yenidən şərh edilib. Min illər əvvəl müdafiə və müşahidə məqsədi daşıyan bu pəncərələr bu gün ziyarətçi üçün keçmişə açılan simvolik baxış nöqtəsinə çevrilir. Ekspozisiyada istifadə olunan bəzi konturlar da məhz bu pəncərə formalarından götürülüb.

Muzeydə ənənəvi ekspozisiya üsulları müasir rəqəmsal texnologiyalarla tamamlanıb. İnteraktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, audio-vizual materiallar, animasiyalar, videoproyeksiya və videomapinq ziyarətçilərə tarixi məlumatları fərqli formatlarda kəşf etmək imkanı verir. Bu yanaşma xüsusilə gənc ziyarətçilərin tarix və mədəni irslə daha interaktiv şəkildə tanış olmasına şərait yaradır.

Ramana Qəsrinin dam terrası ziyarətçilər üçün panoramik müşahidə meydançası olmaqla yanaşı, ekspozisiyanın məntiqi davamı kimi də nəzərdə tutulub. Terrasda yerləşdirilən "Alov" heykəltəraşlıq kompozisiyası qəsrin qədim müdafiə sistemindəki rolunu və tarixi-mədəni simvolikasını ifadə edir.

Muzeyin ətraf ərazisi də vahid memarlıq konsepsiyası əsasında yenidən təşkil edilib. Giriş meydançası və piyada marşrutları yenilənib, açıq hava ekspozisiyası yaradılıb. Ziyarətçilərin rahat və təhlükəsiz hərəkəti üçün əlçatanlıq həlləri tətbiq olunub.

Muzeyin vizual kimliyi vahid konsepsiya əsasında formalaşdırılıb. Tarixi daş hörgünün və memarlıq detallarının daha aydın nümayiş etdirilməsi üçün xüsusi işıqlandırma həllərindən istifadə olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

Hörmüz boğazında tankerə hücum edilib, 2 nəfər yaralanıb

News thumbnail
son xeberler

Hörmüz boğazından keçən tankerə zərbə endirilib

News thumbnail
son xeberler

BEMM-in Gənclər Təşkilatının sədri, dövlət qulluqçusu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil alan, Beynəlxalq Münasibətlər fakültəsinin IV kurs tələbəsi Ülvi Bəşər

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Novo Nordisk “Novo” adı ilə yeni mərhələyə başlayır

Bugün, 14:20
News thumbnail
Bugün
son xeberler

Hörmüz boğazında tankerə hücum edilib, 2 nəfər yaralanıb

Bugün, 14:19
News thumbnail
Bugün
dunya

Azərbaycan Tbilisidə ICPEN-in beynəlxalq konfransında təmsil olunub

Bugün, 14:19
News thumbnail
Bugün
dunya

ABŞ-dən olan basketbolçu Maylz Uilmot "Naxçıvan"a keçib

Bugün, 14:19

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Tiktokda quzu “satan” şəxs saxlanıldı

Bugün, 14:18
News thumbnail
Bugün
idman

"Barselona" Mark Bernal ilə yeni müqavilə imzalamağa yaxındır

Bugün, 14:16
News thumbnail
Bugün
siyaset

“Adı Albaniya olsa da, söhbət bizim siyasətdən gedir”

Bugün, 14:15
News thumbnail
Bugün
dunya

Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş - FOTO - VİDEO

Bugün, 14:14
News thumbnail
Bugün
dunya

Rusiyalı aktyordan müharibəyə etiraz - Video

Bugün, 14:12
News thumbnail
Bugün
iqtisadiyyat

AİB Direktorlar Şurasının üzvləri Gəncədə “Bank Respublika”nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

Bugün, 14:10
News thumbnail
son xeberler

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər

News thumbnail
son xeberler

Monitor AYNA-nın tədbirində aşıb? - Açıqlama