










Hüquqinfo.az bildirir ki,
Şri-Lanka əmindir ki, Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) mövqelərini möhkəmləndirməyə və etimadın gücləndirilməsi sahəsində iştirakçı dövlətlərin ortaq məqsədlərinə nail olunmasına fəal töhfə verməyə davam edəcək.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijita Herat Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə deyib.









