










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Neftçala rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. İnsident rayonun Pirətəvana gedən yol istiqamətində baş verib.
İlkin məlumatlara əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan və Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı azyaşlı velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb. Alınan ağır xəsarətlər nəticəsində uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.









