










Hüquqinfo.az bildirir ki,
Çindən Azərbaycana gətirilən yeni lokotivlə 5-6 min ton yük daşımaq mümkün olacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinisti Yusif Temnikov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çindən Azərbaycana gətirilən lokomotivlərdə bütün sistem elektronlaşdırılıb: "Çin istehsalı olan AC50 tipli lokomotivlərin köhnələr ilə fərqi innovasiya ilə bağlıdır. Bu lokomotivdə hər bir şey elektronlaşdırılıb. Yəni o deməkdir ki, qatar təhlükəsiz mənzil başına çatacaq".
O qeyd edib ki, ikinci fərq daşınan yükün həcmi ilə əlaqədardır: "Məsələn, köhnə lokomotivlə 3 min ton yük daşınırdısa, yeni lokotivlə 5-6 min ton yük daşımaq mümkün olacaq. Bunun özü də qənaətdir və bizə, Azərbaycan dövlətinə faydalıdır".










