










Hüquqinfo.az bildirir ki,
Türkiyənin sənət dünyasının önəmli mükafat mərasimlərindən biri olan və 27-ci dəfə baş tutan “Sadri Alışık Tiyatro ve Sinema Oyuncu Ödülleri” gecəsində teatr və kino sahəsində uğur qazanan aktyorlar mükafatlandırılıb.
“Hüquqinfo.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecənin diqqət çəkən simalarından biri aktrisa Alina Boz olub. İlk dəfə mərasimdə iştirak edən Boz gecədə “İkinci planda ilin ən uğurlu qadın aktyoru” kateqoriyasında namizəd olub.
Aktrisanın həyat yoldaşı Umut Evirgen də gecədə ona dəstək olmaq üçün iştirak edib. Evirgen Alinanın namizədliyindən qürur duyaraq həyat yoldaşından daha çox həyəcanlanıb.
Mükafat mərasimində diqqət çəkən anlardan biri də Alina Bozun namizəd olduğu kateqoriyanın qalibinin elan edilməsi zamanı yaşanıb. Həyat yoldaşına dəstək olan Umut Evirgen qalibin açıqlanacağı anda telefonunun kamerasını işə salaraq həmin anı lentə almağa başlayıb.
Lakin gözlənilən nəticə Alina Boz üçün olmayıb. Kateqoriyada mükafat Ceren Narinoğluna təqdim edilib.









