Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İtaliya millisinin sabiq futbolçusu Sandro Matsola vəfa...--:--
News
Aİ ABŞ-ı Mahmud Abbasa BMT iclasında iştirak etmək üçün...--:--
News
Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi--:--
News
Bazar günü arabir yağış yağacaq--:--
News
20 Sentyabr dövlət suverenliyinin və konstitusiya qurul...--:--
News
İtaliya millisinin sabiq futbolçusu Sandro Matsola vəfa...--:--
News
Aİ ABŞ-ı Mahmud Abbasa BMT iclasında iştirak etmək üçün...--:--
News
Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi--:--
News
Bazar günü arabir yağış yağacaq--:--
News
20 Sentyabr dövlət suverenliyinin və konstitusiya qurul...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

Bugün, 11:33
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"AzərEnerji" ASC dövlət başçısının tapşırığına uyğun olaraq Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirir.

Bildirilib ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə "Çardaqlı-1" və 6,8 meqavat gücündə "Çardaqlı-2" su elektrik stansiyaları tikilir. Layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2400 millimetr diametrli derivasiya boruları çəkilir.

Bununla yanaşı, Ağdərədə yerləşən 10,4 meqavat gücündə "Həsənriz" Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur. Eyni zamanda, 110/35/10 kilovoltluq "Həsənriz" yarımstansiyası da sökülərək ən son rəqəmsal texnologiyalar əsasında tam yenidən inşa edilir. "Həsənriz" yarımstansiyası istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, "Sərsəng" və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkə enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

Buna qədər isə regionun enerji infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi Kəlbəcərdən Ağdərəyədək 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli "Kəlbəcər–Həsənriz" ötürmə xətti çəkilib. Xəttin Şuşa istiqamətindən gələn 110 kilovoltluq ötürmə xətti ilə əlaqələndirilməsi nəticəsində Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxemi yaradılıb.

Bununla yanaşı, Ağdərədə 14,7 meqavat gücündə yeni "Qozlukörpü" Su Elektrik Stansiyası tikilib və bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Beləliklə, Kəlbəcər və Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun "yaşıl enerji" mərkəzinə çevrildiyi kimi Ağdərə də, Qarabağ iqtisadi rayonunun "yaşıl enerji" mərkəzinə çevrilməkdədir. Həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bu, ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi

News thumbnail
cemiyyet

Antiterror tədbirləri: DİN-in döyüş yolu - VİDEO

News thumbnail
cemiyyet

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...

Bugün, 11:57
News thumbnail
Bugün
cemiyyet

Antiterror tədbirləri: DİN-in döyüş yolu - VİDEO

Bugün, 11:49
News thumbnail
Bugün
cemiyyet

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul edib

Bugün, 11:47
News thumbnail
Bugün
idman

"Kəpəz" iki yoxlama oyunu keçirəcək

Bugün, 11:44

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Bugün, 11:42
News thumbnail
Bugün
son xeberler

Pakistanda təhlükəsizlik əməliyyatları çərçivəsində 11 terrorçu zərərsizləşdirilib

Bugün, 11:41
News thumbnail
Bugün
dunya

BMT: Hörmüz boğazından gündəlik gəmi keçidi 85-dən 5-ə düşüb

Bugün, 11:40
News thumbnail
Bugün
dunya

F-35-in hissələri səhvən bu ölkəyə göndərildi: ABŞ təşvişdə...

Bugün, 11:40
News thumbnail
Bugün
son xeberler

Xankəndidə Şəhər Gününə hazırlıq gedir

Bugün, 11:38
News thumbnail
Bugün
cemiyyet

Aygün Kazımovaya sürpriz: toyda qarşılaşdı - Video

Bugün, 11:30
News thumbnail
cemiyyet

Aygün Kazımovaya sürpriz: toyda qarşılaşdı - Video

News thumbnail
cemiyyet

Məşhur erməni analitik İstanbulda xəstəxanaya yerləşdirildi