










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, oktyabrın 21-i saat 08:00-dan etibarən Abşeron rayonunun ərazisindən keçən Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işlərinə start veriləcək. Mühəndis-kommunikasiya və yol infrastrukturu tədbirləri çərçivəsində görüləcək işlər yolun 4-cü kilometrliyini əhatə edəcək.
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq həmin istiqamətdə avtomobillərin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq. Sürücülərdən yarana biləcək müvəqqəti çətinliklərlə əlaqədar alternativ marşrutlardan istifadə etmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.









