










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Roma Papası XIV Levin ağciyərindən bədxassəli şişin çıxarılmasından sonra əlavə müalicəyə ehtiyac olmadığı müəyyən edilib. Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Hüquqinfo.az-ın məlumatına görə, cərrahi müdaxilə zamanı götürülən toxumaların histoloji və molekulyar-bioloji müayinələri şişin ağciyərin lokal adenokarsinoması olduğunu təsdiqləyib. Tibbi rəydə sonrakı onkoloji müayinələrin əlavə müalicəyə ehtiyac qoymadığı qeyd olunub.
Xatırladaq ki, 71 yaşlı pontifik oktyabrın 13-də əməliyyat keçirib və beş gün sonra xəstəxanadan buraxılıb. O, son günlərdə ənənəvi dini müraciətlərlə çıxış edib və ümumi audiyensiyaları adi qaydada davam etdirir.









