










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Yəmənin "Ənsar Allah" hərəkatına qarşı ehtimal olunan hərbi əməliyyatlar səbəbindən Yaxın Şərqdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır. Amerika administrasiyasının rəsmiləri bu addımın bölgədə gərginliyin artması ilə əlaqədar atıldığını bildiriblər.
Hüquqinfo.az-ın məlumatına görə, Dövlət Departamenti Fars körfəzi ölkələrində yerləşən səfirliklərin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə ölkəni tərk etmək barədə göstəriş vermək üzrədir. Qərarın əsas səbəbi kimi İranın dəstəklədiyi husilərə qarşı hücumların yenidən başlamaq ehtimalı göstərilir.
Xatırladaq ki, daha əvvəl ABŞ rəhbərliyi Səudiyyə Ərəbistanının "Ənsar Allah" mövqelərinə endirdiyi zərbələrə Vaşinqtonun qoşulması məsələsi ilə bağlı yaxın vaxtlarda qərar qəbul olunacağını açıqlamışdı.









