
Hüquqinfo.az bildirir ki,
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən İranla əlaqəli, bu ölkənin limanlarına gedən və ya limanlarından çıxan 109 ticarət gəmisinin marşrutunu dəyişdirib.
"Hüquqinfo.az"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"20 sentyabr tarixinə olan məlumata görə, ABŞ qüvvələri qaydalara tam riayət olunmasını təmin etmək məqsədilə 109 kommersiya gəmisinin istiqamətini dəyişdirib", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ Hörmüz boğazı ərazisində İran limanlarına qarşı dəniz blokadasını Bakı vaxtı ilə iyulun 15-də gecə yarısından etibarən bərpa edib. Bundan əvvəl ABŞ İranla bağlı dəniz blokadasını aprelin 13-dən iyunun 18-dək tətbiq edib.










