Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Sabah” Masazırdan niyə köçüb?--:--
News
Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçü...--:--
News
Peskov: Buna nüvə ilə cavab veriləcək!--:--
News
"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqı...--:--
News
Ağasəlim Mircavadov: "U-21 millimizdən Şotlandiyada yax...--:--
News
“Sabah” Masazırdan niyə köçüb?--:--
News
Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçü...--:--
News
Peskov: Buna nüvə ilə cavab veriləcək!--:--
News
"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqı...--:--
News
Ağasəlim Mircavadov: "U-21 millimizdən Şotlandiyada yax...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

20 min manatlıq qayda ilə bağlı qərara qüvvəyə minir

Bugün, 15:44
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron köçürmələrlə bağlı yeni qayda qüvvəyə minir.

Axar.az xəbər verir ki, Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatları üzrə bir təqvim ili üçün minimum hədd 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğində müəyyən edilib.

Yeni qaydaya görə, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin məbləği 20 min manata çatdıqdan sonra onun hər növbəti elektron köçürməsi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Buraya hesablararası köçürmələr, hesab açmadan həyata keçirilən köçürmələr və digər ödəniş alətləri vasitəsilə aparılan elektron köçürmələr daxildir.

Bununla yanaşı, 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı nağd əməliyyatlar barədə də məlumat təqdim olunacaq. Bu tələb kassa və terminallar vasitəsilə nağd mədaxil və məxaric əməliyyatlarını, nağd valyuta mübadiləsini və digər nağd əməliyyatları əhatə edir.

Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaradan əməliyyatlar məbləğindən asılı olmayaraq Maliyyə Monitorinqi Xidmətinə bildirilməlidir.

Həmçinin xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və yaxın münasibətdə olduqları şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar, sanksiya tətbiq edilən şəxslərin aktivləri ilə bağlı əməliyyatlar, eləcə də dini qurumların və qeyri-hökumət təşkilatlarının bank və digər ödəniş hesabları üzrə əməliyyatları məbləğindən asılı olmayaraq hesabatlandırılacaq.

Qaydalara əsasən, aidiyyəti əməliyyatlar barədə məlumat və sənədlər, əsasən, əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində təqdim edilməlidir.

Bundan başqa, öhdəlik daşıyan şəxslər mövcud müştəriləri olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 31 dekabr 2027-ci ilədək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

"İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" qüvvəyə minir

News thumbnail
iqtisadiyyat

Azərbaycanda məsafədən verilən kreditlərə dair yeni tələblər sabahdan qüvvəyə minir

News thumbnail
iqtisadiyyat

Quba-Xəzəryanı zonasında neft-qaz ehtiyatlarının dəqiq həcmi müəyyənləşdiriləcək

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Din xadimləri və digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcək

Bugün, 15:49
News thumbnail
Bugün
siyaset

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Bugün, 15:49
News thumbnail
Bugün
siyaset

Yaponiya Azərbaycana yeni səfir təyin edib

Bugün, 15:49
News thumbnail
Bugün
siyaset

Azərbaycan-BƏƏ hərbi-texniki əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Bugün, 15:46

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Börnhem: Britaniyanın Aİ-yə qayıdışı münasibətlərin bərpası variantlarından biridir

Bugün, 15:45
News thumbnail
Bugün
cemiyyet

Masazırda yaşayış binasında yanğın baş verib - FOTO

Bugün, 15:42
News thumbnail
Bugün
siyaset

Dövlət Xidməti illik 20 min manatlıq elektron pul köçürmələri ilə bağlı qaydanı yenidən dəyişəcək - EKSKLÜZİV

Bugün, 15:42
News thumbnail
Bugün
dunya

"ADEX 2026"da Türkiyənin "CANİK M3 FALCON" ağır pulemyotu ilk dəfə nümayiş olunur

Bugün, 15:41
News thumbnail
Bugün
siyaset

Azərbaycanda 2 istehsal obyektində aksizli mallara dair pozuntular aşkarlanıb

Bugün, 15:41
News thumbnail
Bugün
siyaset

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Bugün, 15:40
News thumbnail
iqtisadiyyat

Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir

News thumbnail
iqtisadiyyat

“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb