










Hüquqinfo.az bildirir ki,
Azərbaycan İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (International Consumer Protection and Enforcement Network - ICPEN) 2026-2027-ci illər üzrə Məsləhət Qrupuna üzv seçilib.
"Hüquqinfo.az" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu təmsilçilik Azərbaycanın ICPEN-ə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.
Ölkəmiz 2006-cı ildən ICPEN-in üzvüdür və təşkilatda Dövlət Agentliyi vasitəsilə təmsil olunur.
Hazırda ICPEN-in Məsləhət Qrupunda ölkəmizlə yanaşı, Gürcüstan, Dominikan, Kanada, Peru, Portuqaliya, Amerika Birləşmiş Ştatları, Niderland, Polşa, Kolumbiya, Belçika, Böyük Britaniya, İtaliya, İsveç, Yeni Zelandiya, Avstraliya İttifaqı və Cənubi Afrika təmsil olunur.










