
Hüquqinfo.az bildirir ki,
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-a dövlət səfəri çərçivəsində Pekindən Vaşinqtona yola düşüb.
Məlumata görə, onu səfərdə həyat yoldaşı Pen Liyuan, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Say Tsi və xarici işlər naziri Van İ müşayiət edir.
ABŞ Prezidenti Donald Trampın Si Cinpini Vaşinqton yaxınlığındakı “Joint Base Andrews” hərbi hava bazasında şəxsən qarşılaması planlaşdırılır. Bu, ABŞ Prezidentinin xarici ölkə liderini hava limanında şəxsən qarşılaması baxımından nadir hal kimi qiymətləndirilir.
Sentyabrın 24-də Ağ Evdə Si Cinpin və həyat yoldaşı üçün rəsmi qarşılama mərasiminin keçirilməsi, daha sonra isə Tramp və Çin lideri arasında görüşün baş tutması nəzərdə tutulur. Həmin axşam ABŞ Prezidentinin ev sahibliyi ilə dövlət ziyafəti veriləcək.
Tərəflərin görüşündə ticarət, tariflər, nadir torpaq elementləri və süni intellekt məsələlərinin müzakirə olunacağı gözlənilir.










