
Hüquqinfo.az bildirir ki,
“İranla münaqişədə ABŞ Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərlə bağlı rəsmi məlumatların azaldılması barədə iddialar həqiqəti əks etdirmir”.
Hüquqinfo.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset “The Washington Post” qəzetində dərc olunan materialı şərh edərkən deyib.
Qeyd edək ki, qəzet adı açıqlanmayan mənbələrə istinadən ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı həlak olan hərbçilərin sayının rəsmi məlumatlarda göstəriləndən çox olduğunu və 18 deyil, azı 22 nəfər təşkil etdiyini yazıb.










