










Hüquqinfo.az bildirir ki,
Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir dəfələrlə İran rəsmilərini husilərin Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almağa çağırıb.
Pakistan rəsmiləri Tehrana bildiriblər ki, Səudiyyə Ərəbistanı Məkkə Müdafiə Sazişinə əsasən rəsmi müraciət edərsə, İslamabad ölkənin müdafiəsi üçün tədbir görməyə məcbur qala bilər.
Mənbə vurğulayıb ki, Səudiyyə Ərəbistanı regional ölkələrdən dəstək almağa çalışıb, lakin bu cəhdlər nəticəsiz qalıb.










