Hüquqinfo.az bildirir ki,
“BMT Baş Assambleyasının sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdüm”.
Hüquqinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas öz “X” hesabında yazıb.
Onun sözlərinə görə, görüş zamanı ABŞ-İran müharibəsinə son qoyulması və Hörmüz boğazının tam şəkildə açılması ilə bağlı diplomatik perspektivləri müzakirə edilib.
“Müharibədən əvvəl boğazdan keçid üçün heç bir rüsum və ya ödəniş tutulmurdu və müharibədən sonra da belə bir ödəniş olmamalıdır. Həm Hörmüz boğazında, həm də Babül-Məndəb boğazında gəmiçilik sərbəst və maneəsiz olmalıdır. Mən, həmçinin İranda daxili repressiya məsələsini, o cümlədən edamların və ölüm hökmlərinin kəskin artmasını gündəmə gətirdim”, - Kallas əlavə edib.









