










Hüquqinfo.az bildirir ki,
Rusiyanın Saratov vilayətində ehtimal olunan qida zəhərlənməsi nəticəsində ikisi uşaq olmaqla, üç nəfər ölüb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə "REN TV" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Hadisə Kalininsk şəhərindəki fərdi evlərin birində baş verib. Məlumta görə, 8 yaşlı qız, 11 yaşlı oğlan və bir yetkin şəxs ölüb. Daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.










