










Hüquqinfo.az bildirir ki,
"Formula 1" üzrə Azərbaycan Qran-prisində bolidin zəif cəhətləri xüsusilə aydın görünür.
"Hüquqinfo.az"un məlumatına görə, bu barədə "Mersedes" komandasının rəhbəri Toto Volff açıqlama verib.
"Son nəticələrimiz ümidvericidir. Amma bu, heç nəyə zəmanət vermir. Bakıda bolidin zəif cəhətləri xüsusilə aydın görünür. İşimizə köklənməli və qazana biləcəyimiz bütün xalları toplamalıyıq".
"Həm boliddən, həm də pilotlardan ciddi tələbkarlıq tələb olunur. Burada düzlüklərdə yüksək sürət, əyləcləmə zonalarında özünəinam və İçərişəhərin dar, yavaş döngələrini səmərəli keçə bilən bolid lazımdır".
Xatırladaq ki, sentyabrın 24-də start götürəcək Azərbaycan Qran-prisi üç gün davam edəcək.









