
Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
"Hüquqinfo.az" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsul ixracı 245,7 milyon ABŞ dolları (il ərzində artım 3,29 dəfə və ya 171 milyon ABŞ dolları) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 697,1 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (299,43 milyon ABŞ dolları) ilə müqayisədə 2,33 dəfə və ya 397,67 milyon ABŞ dolları çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,81 milyard ABŞ dollarına çatıb.









