










Hüquqinfo.az bildirir ki,
Sabah Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak arasında görüş keçiriləcək.
Bunu Hüquqinfo.az-ya müsahibəsində Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak deyib.
O, Azərbaycan və Slovakiyanın birgə müdafiə sənayesi müəssisəsinin və ya zavodunun yaradılacağı ilə bağlı suala cavabında belə planların mövcudluğunu vurğulayıb:
"Bu məsələ hazırda bizim nazirliyimizlə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında müzakirə olunur. Düşünürəm ki, sabah Vüqar Mustafayevlə görüşümüz olacaq və bu müzakirəni səbirsizliklə gözləyirəm. Vüqarla hər zaman çox yaxşı müzakirələrimiz olur. Bu müzakirələrin bir hissəsi də Slovakiya və Azərbaycan şirkətləri arasında mümkün birgə müəssisənin yaradılması olacaq. Nəhayət, qarşıdakı illərdə əməkdaşlığımızın hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirmək istəyirik".










