
Hüquqinfo.az bildirir ki,
Bakıda ADEX-2026 beynəlxalq müdafiə sənayesi sərgisində Slovakiyanın 15-ə yaxın şirkəti təmsil olunur.
Bu barədə "Hüquqinfo.az"a müsahibəsində Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.
"Bu, həmin regiondakı ən böyük ekspozisiyalardan biridir. Biz ilk dəfədir Azərbaycanda keçirilən sərgidə iştirak edirik. İştirak etmək imkanına görə çox şadıq, çünki ADEX təkcə bu regionda deyil, həm də daha geniş miqyasda müdafiə sənayesi üzrə çox mühüm sərgiyə çevrilib", - Kalinyak deyib.









