
Hüquqinfo.az bildirir ki,
Slovakiya və Azərbaycan müdafiə sahəsində səmərəli qarşılıqlı fəaliyyəti davam etdirir.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov ölkənin Konstitusiya Gününə və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə deyib.
"İsveçli həmkarlarımızla birlikdə Slovakiya Respublikasının Bakıdakı Səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi funksiyalarını yerinə yetirməyə davam edəcək. Bizim üçün bu missiya şərəf və etimadın göstəricisidir", - səfir bildirib.
E. Qasımovun sözlərinə görə, Slovakiya-Azərbaycan tərəfdaşlığı artıq nəzərəçarpacaq bəhrələr verir:
"Slovakiya-Azərbaycan münasibətləri möhkəm təmələ malikdir və artıq energetika, iqtisadiyyat, nəqliyyat, müdafiə sənayesi, regionların bərpası və insanlar arasındakı əlaqələr kimi sahələrdə konkret nəticələr verir", - diplomat qeyd edib.










