Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bir neçə xəstəliklə mübarizə aparıram - Xalq artisti--:--
News
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesab...--:--
News
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb--:--
News
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçili...--:--
News
Cəlilabadda qədim yaşayış məskəni olan "Oğlantəpə" aşka...--:--
News
Bir neçə xəstəliklə mübarizə aparıram - Xalq artisti--:--
News
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesab...--:--
News
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb--:--
News
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçili...--:--
News
Cəlilabadda qədim yaşayış məskəni olan "Oğlantəpə" aşka...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Cəlilabadda qədim yaşayış məskəni olan "Oğlantəpə" aşkarlanıb - FOTO

Bugün, 19:54
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Hüquqinfo.az-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayonunun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olan yeni yaşayış məskəni - "Oğlantəpə" aşkar edilib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc - İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli tədqiqatlar aparılıb.

Cəfərli yolunun sağ tərəfində, yoldan 130 metr şimal-qərbdə yerləşən "Oğlantəpə" təbii təpə üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü təxminən 20 metrdir. Abidənin sağ və sol tərəfindən qədim çay dərələri keçir. Uzunmüddətli yaşayış nəticəsində burada qalın mədəni təbəqə formalaşıb.

İlkin axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri aşkarlansa da, mədəni təbəqənin kəsik hissəsində əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri üzə çıxıb.

Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulpları olan saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar və daşdan hazırlanmış əşyalar üstünlük təşkil edir.

Arxeoloqların verdiyi məlumata görə, gələcəkdə bu tip abidələrin sistemli şəkildə qeydə alınması Muğan bölgəsində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və yeni arxeoloji xəritənin hazırlanmasına imkan verəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bir neçə xəstəliklə mübarizə aparıram - Xalq artisti

News thumbnail
cemiyyet

Robert Kalinyak: Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib

News thumbnail
cemiyyet

Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Sahibə Qafarova: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı dostluq göstəricisidir

Bugün, 19:41
News thumbnail
Bugün
siyaset

Robert Kalinyak: Slovakiya PUA sahəsində Azərbaycanın təcrübəsini öyrənmək istəyir - EKSKLÜZİV

Bugün, 19:37
News thumbnail
Bugün
son xeberler

Sabah Slovakiya ilə əməkdaşlıq çərçivəsində Azərbaycan istehsalı olan avtomatik minaatan təqdim ediləcək

Bugün, 19:36
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfədən çox artıb

Bugün, 19:34

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Slovakiyanın müdafiə naziri Vüqar Mustafayevlə görüşəcək, birgə müəssisənin yaradılması müzakirə ediləcək

Bugün, 19:32
News thumbnail
Bugün
cemiyyet

Robert Kalinyak: Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib

Bugün, 19:32
News thumbnail
Bugün
siyaset

Elçin Qasımov: Bakı və Bratislava müdafiə sahəsində səmərəli əməkdaşlığı inkişaf etdirir

Bugün, 19:31
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxın azad edilən kəndlərində söküntü işlərinə başlanılır

Bugün, 19:31
News thumbnail
Bugün
son xeberler

Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək

Bugün, 19:28
News thumbnail
Bugün
dunya

“ABŞ gəmiləri Hörmüzdən cənuba çəkilib”

Bugün, 19:25
News thumbnail
cemiyyet

Aİ Suriyanın minalardan təmizlənməsi üçün 51 milyon avro ayıracaq

News thumbnail
cemiyyet

"Sumqayıt" heyətini amerikalı basketbolçu Aleks Holtla gücləndirib