










Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar–avqust aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 116,6 milyon manat vəsait ödənilib.
"Hüquqinfo.az" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və yaxud 4,7 % çoxdur.










