
Hüquqinfo.az bildirir ki,
Sentyabrın 23-də Hörmüz boğazından 22 milyon barel neft daşınıb ki, bu da iyulun əvvəlindən bəri ən böyük gündəlik həcmdir.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan Amerika rəsmisinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, çərşənbə günü ümumilikdə Hörmüzdən 60-a yaxın kommersiya gəmisi keçib. Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, bu gəmilərdən 40-a yaxını mühafizəni təmin etmək üçün fəaliyyətini Amerika hərbçiləri ilə əlaqələndirib.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanlarının dəniz blokadasını bərpa edib.










