
Hüquqinfo.az bildirir ki,
Tiktok Böyük Britaniya İnformasiya Komissarlığı Ofisinin (ICO) 2023-cü ildə tətbiq etdiyi 12,7 milyon funt-sterlinq (16,8 milyon dollar) cərimə ilə bağlı apellyasiya şikayətini geri götürüb.
Axar.az xəbər verir ki, cərimə 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının mühafizəsi qaydalarının pozulmasına görə tətbiq edilib.
ICO-nun məlumatına görə, Tiktokun qaydaları bu yaş qrupunda olan uşaqların platformadan istifadəsini qadağan etsə də, 2020-ci ildə Böyük Britaniyada təxminən 13 yaşdan kiçik 1,75 milyon uşaq Tiktokdan istifadə edib.
Böyük Britaniya qanunvericiliyinə əsasən, 13 yaşdan kiçik uşaqlara onlayn xidmət göstərən şirkətlər valideyn və ya qəyyum razılığı almalıdır.
Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video 24 Sentyabr 20:29
Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi 24 Sentyabr 20:20









