
Hüquqinfo.az bildirir ki,
Çin avtomobil sənayesi də daxil olmaqla bir sıra iqtisadi sektorlarda Avropadan öndədir.
Axar.az xəbər verir ki, bunu Niderlandın Baş naziri Rob Yetten “Blumberq”ə müsahibəsində deyib.
"Çin avtomobil sənayesi, xüsusən də elektrikli nəqliyyat vasitələri kimi bəzi sektorlarda bizdən açıq şəkildə irəlidədir”, - deyə o bildirib.
Yetten Çin istehsalçılarının liderliyini onların tədqiqat və inkişaf məhsuldarlığı, xüsusən də istehsal xərclərinin aşağı olması ilə əlaqələndirib.
Baş nazir həmçinin Niderlandın Avropa Komissiyasından (AK) Çinlə ticarət balanssızlığını azaltmaq üçün konkret təkliflər gözlədiyini açıqlayıb.









