
Hüquqinfo.az bildirir ki,
Onun sözlərinə görə, gəmilər iyulun əvvəlindən bəri bir gün ərzində boğazdan ən böyük həcmdə neft daşıyıb. Məlumatda boğazdan təxminən 22 milyon barel neftin çıxarıldığı bildirilir.
Mənbə onu da qeyd edib ki, bu gəmilərdən təxminən 40-ı təhlükəsizliyi təmin etmək məqsədilə ABŞ hərbçiləri ilə koordinasiya edib.
“Reuters” məlumatı müstəqil mənbələr vasitəsilə təsdiqləyə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də İranla müharibə başlamazdan əvvəl Hörmüz boğazından gündə orta hesabla 125 iri kommersiya gəmisi, o cümlədən quru yük gəmiləri, konteynerdaşıyanlar, tankerlər və qazdaşıyanlar keçirdi. Bu marşrutla dünya üzrə gündəlik neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi daşınırdı.









