










Hüquqinfo.az bildirir ki,
“Hüquqinfo.az” “Armenpress”ə istinadən xəbər verir ki, səfər çərçivəsində Visbadendə Paşinyana Hessen Sülh Mükafatı təqdim ediləcək.
Bildirilib ki, bu mükafat ona Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə veriləcək.
Daha sonra Frankfurtun Ticarət-Sənaye Palatasında Ermənistan Baş nazirinin yerli sahibkarlarla görüşü baş tutacaq.
Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib.










